İran

Rusiya Amerika sanksiyalarının kəskinləşməsi ilə İrana daha çox yaxınlaşır

Rusiya hökuməti İranla ticarət əlaqələrini artıraraq hər iki ölkənin iqtisadiyyatını gücləndirmək fikrindədir. Rusiya Ukraynaya təcavüzü, İran isə nüvə və raket proqramları, habelə terrorizmin yayılmasındakı fəaliyyətlərinə görə Amerikanın kəskin sanksiyaları altındadırlar.

“Bloomberg” xəbər ajansının məlumatına görə, Rusiya baş nazirinin müavini və Rusiya-İran Birgə İqtisadi Komissiyasının həmsədri Aleksandr Novak İranın neft naziri Cavad Ouci ilə görüşmək üçün mayın 25-də Tehrana səfər edib.

Novak görüş barədə deyib: “Azad Ticarət Zonasının yaradılması ilə bağlı anlaşmaların hazırlanması mərhələsini sürətləndirməklə bağlı razılığa gəldik və nüvə silahı məsələsi ilə bağlı danışıqlar apardıq. Bununla yanaşı, neft-qaz mübadiləsi və karbohidrogen layihələrində birgə sərmayələrin yartırılması məsələlərini müzakirə etdik”.

Cavad Ouci isə bildirib ki, İran və Rusiya 2025-ci ilə qədər illik ticarət mübadiləsinin həcmini 40 milyard dollara qədər artırmaq fikrindədir. Onun sözlərinə görə, hər iki ölkə ticarət mübadiləsini Amerika dolları ilə yox, öz milli valyutaları ilə aparacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button