Sağlıq & Yaşam

Bill Qeyts: “Pandemiya ən yaxşı halda 2022-ci ildə başa çatacaq”

“Microsoft” şirkətinin banisi Bill Qeyts “Fox News” telekanalına müsahibəsində bildirib ki, COVID-19 pandemisi ən yaxşı halda 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində dünya miqyaslı yanaşma olduğu halda göstəriciləri aşağı salmaq lazımdır.

Bill Qeytsə Amerikada və dünyada epidemioloji vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. O, “bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda Amerikada durum növbəti normal dönəmə qayıtmağa başlayacaq. Əlbəttə, əgər başqa ölkələrə yardım etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək”, – deyə cavab verib.

“Allaha şükür ki, vaksini inkişaf etdirmə teknolojiləri artıq mövcuddur. Maliyyə işi alındı və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən ümid edirəm ki, bütün bunlar əbədi qalmayacaq”, – deyə B. Qeyts əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button