İran

İranı tərk edən mütəxəssislərin sayı artıb

İran prezidenti İbrahim Rəisinin elm, texnologiya və iqtisadiyyat üzrə müavini Ruhullah Dehqani Firuzabadi son vaxtlar ölkəni tərk edən mütəxəssislərin sayının iki dəfə artdığını deyib.

“Son illər mütəxəssis və xüsusi istedadlı şəxslərə kifayət qədər diqqət yetirilmədiyi üçün onlar daha çox əməkhaqqı qarşılığında xarici ölkələrə köçürlər”, – deyə Dehqani qeyd edib.

Bundan öncə yayılan məlumatlarda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ölkəni tərk etmək istəyənlərin sayının daha da artdığı göstərilib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button