Azərbaycan

Güneyli sənətçi Jila İbrahimi sərbəst buraxılıb

Təbriz zindanına köçürülən sənətçi, Azərbaycan rəqsi müəllimi Jila (Mitra) İbrahimi azalığa çıxıb.

İyulun 1-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq J. İbrahimi 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Güneyli sənətçi  iyulun 1-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbriz bölməsinə çağrılaraq dindirilib.

O, dindirildikdən sonra “sosial mediada rəqs foto və videolarını yaymaq” ittihamı ilə Təbriz zindanına köçürülüb.

Qeyd edək ki, Jila İbrahimi Azərbaycan rəqsi müəllimidir və Təbrizin “Saz-Söz” mədəni dərnəyinin fəall üzvlərindəndir.

Related Articles

Bir cavab yazın

Back to top button