Dünya

Ukraynada oliqarx İqor Kolomoyskiyə qarşı cinayət işi açıldı

Ukraynalı oliqarx İqor Kolomoyski dələduzluq yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda şübhəli bilinib.

Bu barədə informasiyanı Ukrayna Baş Prokurorluğu yayıb.
Mənbə yazır ki, o,  570 milyon qrivnanın qeyri-qanuni yolla alınmasında və leqallaşdırılmasında ittiham olunur.
Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, bu, 2013-2020-ci illərdə baş verib. Kolomoyski həmin məbləği nəzarətində olan bank qurumlarından xaricə çıxarıb.
2021-ci ilin martında ABŞ Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru postunda korrupsiya ittihamı ilə ukraynalı oliqarx və onun ailəsinə qarşı sanksiyalar tətbiq edib.
Kolomoyskiyə, eləcə də həyat yoldaşına, qızına və oğluna ABŞ-a giriş qadağan edilib. Daha sonra ABŞ dövlət katibi Entoni Blinken oliqarxı Ukraynanın demokratik prosesləri və institutlarına zərbə vurmağa çalışmaqda ittiham edib.
Onun sözlərinə görə, bu, ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır. Həmçinin ABŞ Federal Böyük Münsiflər Heyəti Kolomoyskinin “yüz milyonlarla dollar”ın yuyulmasını araşdırıb.
2017-ci ildə London Ali Məhkəməsi Ukrayna Privatbankının keçmiş sahiblərinin, o cümlədən Kolomoyskinin dünya üzrə aktivlərinə həbs qoyub. Oliqarx 2016-cı ildə Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenkonun fərmanı ilə milliləşdirilən maliyyə strukturlarından faizlər də daxil olmaqla, 2,5 milyard dollardan çox pul çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button