İran

İranda iş qəzalarında ölənlərin sayı artıb

İranda iş qəzalarında ölənlərin sayı artıb. Bu barədə işçi fəallar məlumat paylaşıb.

İşçi fəallar təhlükəsizlik qaydalarının riayət edilməməsi üzündən iş qəzalarında ölənlərin sayının artdığını yazıblar.

Onların dediyinə görə, son bir ayda ölkənin müxtəlif yerlərində ən azı 20 işçi həyatını itirib, yüzlərlə nəfər yaralanıb.

Məlumatda ölən və yaralanan işçilərin əksəriyyətinin tikinti sahəsində çalışan fəhlələr olduğu qeyd olunub.

İşçi fəallar verilən rəqəmin rəsmi olduğunu, qeyri-rəsmi məlumatlarda ölən və xəsarət alanların sayının qat-qat çox olduğunu yazıblar.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button