İran

Yeni səhəndin ağilli şəhərə çevrilməsi yönündə araşdirmalar aparilib

Yeni Səhəndin ağıllı şəhərə çevrilməsi üçün gərəkən altquruluşlar araşdırılıb. Bu məqsədlə Yol-Məskən və Şəhərsalma Təhqiqat Mərkəzinin müavini, həmin mərkəzin ağıllı şəhər projəsinin məsulu, yeni Səhənd şəhərinin Ümran Şirkətinin amil müdiri, idarə timinin rəis müavini və üzvünün iştirakı ilə toplantı keçirilib. Yığıncaqda ağıllı şəhər yolu xəritəsinin hazırlanması qərara alınıb. Daha sonra şəhərin şəbəkə və irtibatat sistemi, elektronik altquruluşları bəlli edilməlidir. Ağıllı şəhərlərlə bağlı dünya təcrübəsi öyrənilməli və Səhənd şəhərinə tətbiq olunmalıdır. Mövcud durum təhlil edildikdən sonra bu yöndə stratejilər bəlli ediləcək. Məlumata görə, icra nəqşəsi 1420-ci il üçün tənzimlənəcək. Yığıncaqda şəhərin ağıllı edilməsi üçün azmüddətli, ortamüddətli və çoxmüddətli bərnamələr təqdim olunub. Həmin bərnamələrin şəhərin Ümran Şirkətinin və başqa idarələrin gündəminə gətirilməsi qərara alınıb. Bu işlər görüləndən sonra Səhənd şəhəri ölkə üzrə ağıllı şəhərlər sırasında yer alacaq. Bu önəmli məsələ gerçəkləsərsə, yeni Səhənd şəhərində ağıllı iqtisad, idarəetmə, yaşam çevrəsi və pak enerji bərnamələrinə də başlanılacaq. Qeyd edək ki, ağıllı şəhər teknolojisi cəmiyyətə, altquruluşlara və olaylara nəzarət etmək imkanı yaradır. Bu işlərin görülməsindən sonra sərmayə yatırımı, tolid, işlə məşğulluq, turizm və iqtisad üzrə böyük dəyişiklər baş tutacaq.

Related Articles

Bir cavab yazın

Back to top button