İran

İranda hicab qaydalarına əməl etməyən yüzlərlə iş yeri bağlandı

İranın Mazəndəran əyalətində 338 iş yeri məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün bağlanıb.

Bu barədə Mazəndəran əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının sədr müavini Müseyib Musəvi məlumat verib.

O, bununla yanaşı son bir ay ərzində oxşar məsələlər üzündən 2000-dən çox irili-xırdalı iş yerinə də xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları səngiyəndən sonra sərt şəriyət qaydalarının tətbiqi və vətəndaşların şəxsi həyat tərzlərinə qarşı müdaxilələr artıb.

Son bir neçə həftə ərzində İranın müxtəlif bölgələrində yüzlərlə iş yeri və ticarət mərkəzi məcburi hicab qaydalarına riayət edilmıdiyi və musiqi səsləndirildiyi üçün qapadılıb.

Related Articles

Bir cavab yazın

Back to top button