Azərbaycan

Zakir Həsənov Metin Gürak ilə əməkdaşlığın inkişafını müzakirə edib

Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib.

Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib.

Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən “Texnofest” Aerokosmik və Texnologiya festivalında iştirak ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
“Texnofest” Aerokosmik və Texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button