İran

Ələhvaz qiyamına Güney Azərbaycandan dəstək

Ötən gün tir ayının 28-də Güney Azərbaycan şəhərlərindən Ələhvaz əhalisinə mənəvi dəstək divaryazmalar surətdə başladı.
AN.T -ə yetişən xəbərlərə görə, Ərdəbil şəhərinin milli fəalları geniş surətdə Ələhvaz millətinin haqlı qiyamından himayətlərini bildirib.
Beləki, onlarb şəhərin divarlarında Ələhvaz əyalətinin qiyamçılarına xitabən: “ Qulubena məəkom, yəni ürəyimiz sizinlədi, Ələhvaz Arxandayıq” ünvanlı qrafiti pusterlərlə himayətlərini sərgilədilər.
Sözü gedən qrafiti pusterlərdə Ərəb millətinin simvolu olan “Çəfiyə”li bir kişinin şəkili dərc edilib .
Eyni halda Urmu şəhərində də oxşar məzmunlu pusterlər geniş miqyasda yayımlanıb və Azərbaycan milli hərəkatının dirəniş simvollarından sanılan siyasi məhbus Abbas Lesani –nin də qrafik təsviri dərc edilib.
AN.T verir ki, bununla yanaşı Ərdəbil şəhərinin divarları üzərində Ələhvaz ərəblərinin susuzluq səbəbindən başlanan qiyamlarını kütləyə çatdırmaq üçün dərin məzmunlu şuarlar yazılıb.
:” Milləti tapdamağa son qoyun, Xuzistan susuzdur, Su siyasi bir şuar, Azərbaycan məəkom yəni Azərbaycan sizinlədi, Əşəb yorido əsqatonnezam, uyu qana qatmayaq” kimi şuarlar şəhərin məktəbləri eləcə də göz önu divarlarında yazılıb.
Qeyd edək ki ötən həftədən Ələhvaz əyalətində susuzluğa qarşı etirazlar Ələhvaz əyalətinin ən azı 17 şəhrinə yayılıb və etirazlar su istəyi həddindən çıxaraq milli – mənəvi tələbatı da əhatə edir. Son bilgilərə görə bu ana qədər ən azı dört nəfər polisin birbaşa gülləaçması nəticəsində dünyasını dəyişib və etirazların ardıcıl şiddətləndiyinə görə yaralılarla həbs olunanların dəqiq sayı bəlli deyil.
AN.T-ə daxil olan son bilgilərə əsasən dünən axşam Loristan əyaləti də Ələhvaz qiyamına dəstək olaraq xiyabanlara çıxıb və Ələhvaz qiyamına dəstəklərini numayış etdiriblər.
Ələhvaz qiyamçıları isə Güney Azərbaycan millətinin dəstəyinə minnətdarlıqlarını təzahurat əsnasında “ Azərbaycan salam” sözü ilə bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button