İran

İRAN AMERİKANIN TƏHRİMLƏRİNİ UĞURSUZ HESAB EDİR

“Amerika İran tankerlərinin kapitanlarına Venezuelaya yanacaq tədarükü üçün tətbiq etdiyi təhrimlər Vaşinqtonun basqılarının uğursuz olduğuna dəlalət edir”. Bunu İran Xarici İşlər Vəzirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi “Twitter” səhifəsində yazıb.
O, Amerika Xarici İşlər Vəziri Mayk Pompeonun açıqlamasına xitabən Amerikanın İran vətəndaşlarına qarşı addımlarının – “həddindən artıq basqı”sının yalnız sözdən ibarət olduğunu vurğulayıb.
“Amerikanın basqılarına baxmayaraq, İran və Venezuela Amerikanın qanunsuz təhrimlərinə qarşı mübarizədə sarsılmaz olaraq qalır”, – deyə Musəvi əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Amerika xarici işlər vəziri Mayk Pompeo Amerikanın Venezuelaya yanacaq tədarükünə görə İran tankerlərinin beş kapitanına qarşı təhrim tətbiq etdiyini bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button