İran

Abbas Lisaninin pərvəndəsi Qəzaiyyə Qüvvəsi tərəfindən Brləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına gödəriləcək

Onun yaxınlarının bildirisinə görə adlım azərbaycanlı siyasi zindani Abbas Lisanının vəkili ötən bir neçə ay ərzində Qəzaiyyə Qüvvəsi Rəisinin dəftərinə müaraciət edib və cənab Lisaninin pərvəndəsinə yenidən baxılmasını istəyib. Qəzaiyyə Qüvvəsi Rəis Dəftərinin məsulları ona bildiriblər ki, bu azərbaycanlı fəalın pərvəndəsi Ərdəbildən istənilib və tezliklə Tehrana göndəriləcək.
Cənab Lisani ailəsinin Ərdəbilin Dadqüstərisinə dəfələrlə müraciət edəndən sonra dünən dadqüstəninin məsulları bildiribər ki, milli fəalın pərvəndəsinin ayrıntılarıyla Tehrana göndərilib. Bununla da onun pərvəndəsi araşdırılması üçün Brləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının istəyiylə Qəzaiyyə Qüvvəsinin ölkədən dışarı insan haqları qurumunun vasitəsi ilə Brləşmiş Millətlər Təşkilatına veriləcək.
Ərk Azərbaycanın İnsan haqları Cəmiyyəti bir müddət öncə bir raporla bildirib ki, Brləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının Xordad ayının 22-dən Tir ayının 18-dək keçirilən 47-ci iclasında insan haqları üzrə fəallar, İranda insan haqları durumu barədə Brləşmiş Millətlər Təşkilatının baş dəbirinin raporunu araşdırıb və İranın məsul məqamlarından bu barədə açıqlama verilməsini istəyiblər və ehtimal olunur ki, cənab Abbas Lisaninin pərvəndəsinin göndərilməsi elə bu mövzu ilə bağlıdır.
Bir Millətlər Təşkilatının baş dəbirinin ən yeni raporunda İranda bütün insan haqları məsələsi o cümlədən xanım, uşaq, edamlar, siyasi zindanilər, milli azlıqlar, etnik quruhlar və ayrı məsələlər irəli sürülübdür. Raporun 10-cu səhifəsində yazılıb: “2020-ci ilin Juiyə ayında cənab Abbas Lisaninin türklərin hüquqlarını İran İslam Cümhuriyyətində difa etdiyinə görə Ali Məhkəmə milli əmniyyətə qarşı olmaq ittihamı ilə Abbas Lisaniyə qarşı 15 ilədək zindan hökmü çıxarıbdır. Lisani öz ana dilində təhsil istəyib və dövlətin bu barədə siyasətlərinə etiraz edir.”

Related Articles

Bir cavab yazın

Back to top button