Azərbaycan

İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya barışcıllarının fəaliyyətinə münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, barışcıl qüvvələrin bəlli işi var və novambrın 10-da bu iş təsbit edilib.
“Baxmayaraq ki, indi onlar orada insani işlərlə məşğuldurlar, halbuki novambrın 10-da imzalanmış bəyanatda bu iş formatı təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, Başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada bəlli işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük bölümü oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”, – deyə dövlət başçısı bildirib

Related Articles

Bir cavab yazın

Back to top button