Dünya

Tramp Navalnı haqda suala cavab verməyib

Amerika Prezidenti Donald Tramp jurnalistin rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı sualına cavab verməyib. Məsələ ilə bağlı Ağ Evin Mətbuat Xidməti bilgi yayıb. Belə ki, ölkə başçısı Navalnının məsmum olması barədə suala cavab verməkdən imtina edib. Jurnalistin “Navalnını kim məsmum edib?” – sualına Tramp “Biz bu barədə gələn dəfə danışarıq”, – deyə cavab verib.
Qeyd edək ki, Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo Vaşinqtonun məsələyə mütləq cavab verəcəyini bildirib. Bunun üçün isə müvafiq gerçəkliklərin təsdiqlənəcəyini gözlədikləri açıqlanıb. Məlumata görə, Amerika şimyayi Silahların Qadağan edilməsi Təşkilatının nəticələrini gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button