Azərbaycanİran

​​Keçmiş azərbaycanlı siyasi məhbus ayaqsız qala bilər

İşgəncələrə məruz qalmış Əkbər Lakstaninin ayaqlarına düşən infeksiya qanqrena yaradıb

Bu barədə onun yaxınları məlumat veriblər.

Kişi bir müddət öncə əməliyyat olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş siyasi məhbusun ayaq barmaqları amputasiya edilib. Hazırda onun tamamilə ayaqsız qalması ehtimalı yüksəlib.

Qeyd edək ki, Əkbər Lakstani iranəsilli Amerika vətəndaşıdır. O, Qərbi Azərbaycan əyalətinin Şövt şəhər şurasının keçmiş sədridir.

Peşəcə jurnalist olan Lakstani İran-İraq müharibəsində iştirak edib. Müharibə vaxtı yaralanan kişi İrana qayıtdıqdan sonra SEPAH-nin kəşfiyyat təşkilatı tərəfindən həbs edilib. Azadlıqdan məhrum ediləndən sonra ən ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb.

Siyasi məhbus zindanda olduğu müddətdə nəinki bir çox hüquqlarından məhrum edilib, həm də heç bir əsası olmadan ruhi xəstələr üçün nəzərdə tutulmuş xəstəxanaya köçürülüb.

2019-cu il noyabr ayında girov müqabilində müvəqqəti azadlığa buraxılan jurnalist 2020-ci ilin fevralında qeyri-qanuni yollarla İrandan qaçaraq ABŞ-yə qayıdıb.

Lakstani günümüzdə post-travmatik stres pozğunluğundan (TSSB), depressiyadan, yuxu pozğunluğundan, işgəncələr səbəbindən bədəninə düşən müxtəlif infeksiyalardan, şiddətli fiziki ağrılardan əziyyət çəkməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button