AzərbaycanDünya

“Birbaşa dialoq layiqli sülhə nail olmaq yoludur”-ABŞ səfiri

Ermənistanla Azərbaycan arasında birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq yoludur. Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien həmin ölkənin İctimai Televiziyaya müsahibəsində səsləndirilən fikirlərlə bağlı “Armenpress”in sualını cavablandırarkən deyib.

Səfir qeyd edib ki, Birləşmiş Ştatlar danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirmir.

“ABŞ danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirmir. Birləşmiş Ştatlar güclü, davamlı və sülh üçün zəmin yaradan sazişi dəstəkləyir”, – diplomat vurğulayıb.

Səfir daha əvvəl vurğulayıb ki, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edir. ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməkdə davam edəcək.

Kristina Kvienin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken danışıqları konstruktiv adlandırıb. Məqsəd regionda hamıya davamlı və ədalətli sülh gətirəcək nəticə əldə etməyə çalışmaqdır.

Qeyd edək ki, diplomatın bu açıqlaması Ermənistan ictimaiyyətində geniş narazılığa və müzakirələrə səbəb olub. (report)

Related Articles

Bir cavab yazın

Back to top button