az

Güney Azərbaycanda silahlı qarşıdurma: Həbs olunanlar var

Güney Azərbaycanın Urmu şəhərində iki qrup arasında silahlı qarşıdurma yaşanıb.

Bu barədə Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəsmisi polkovnik Sadiq Şəkəri İRNA-ya açıqlamasında deyib.

“Urmunun Azadeqan küçəsində ailələrarası münaqişə zəminində baş verən silahlı insidenti törədən 4 nəfər müəyyən edilərək həbs edilib. Polis əməliyyatı zamanı iki maşın və bir “Kalaşnikov” silahı da ələ keçirilib”, – deyə polis polkovniki bildirib.

Günün günorta çağı baş verən silahlı insident zamanı “Pejo” markalı avtomobilin sərnişinləri “Kalaşnikov” silahı ilə “Toyota Prado” markalı avtomobilin sərnişinlərinə atəş açmağa başlayıblar. Polisin məsələyə müdaxiləsindən sonra tərəflər tutulublar. Hadisənin təfərrüatları barədə hələlik heç bir rəsmi məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button