İran

Güney azərbaycanlı milli fəal həbs, şallaq və pul cəzasına məhkum edildi

Güney Azərbaycan millətinin Ələhvaz ərəblərinə dəstək aksiyaları zamanı tutulan milli fəal Məhəmməd Emami həbs, şallaq və pul cəzasına məhkum edilib.

milli fəala qarşı “polis məmuru Əmir Rə:fətinin şikayəti əsasında bilərəkdən fiziki xəsarət yetirmək”, “vəzifəsini həyata keçirən polis məmurlarına tabe olmamaq” və “qanunsuz aksiyalarda iştirak edərək ictimai asayişi pozmaq və iğtişaş yaratmaq” maddələri ilə ittiham irəli sürülüb.

Təbrizin ikinci Cinayət Məhkəməsinin 113 saylı şöbəsi Məhəmməd Emamini fiziki xəsarət yetirmək ittihamı ilə təzminat və diyə ödəmək, İslam Cəza Qanununun 607-ci maddəsinə əsasən dövlət məmuruna tabe olmamağa görə 8 ay həbs, habelə 618-ci maddəsi ilə ictimai asayişi pozduğuna görə 40 şallaq zərbəsi ilə cəzalandırılaraq, 5 il şərti həbs cəzası verib.

Bildirək ki, Məhəmməd Emami bu ilin mordad ayında Təbrizdə heç bir məhkəmə qərarı təqdim etmədən şəxsi geyimli məmurlar tərəfindən tutularaq döyülüb və bir neçə saat sonra Ettelaat İdarəsinin təkadamlıq zindanına salınıb.

Həbs edildikdən bir həftə sonra o, 80 milyon tümən girov müqabilində Təbrizin mərkəzi zindanından vəsiqə qarşılığında azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button