Dünya

Hindistan-Kanada münasibətləri gərginləşir

Hindistan və Kanada arasında münasibətlərdə gərginlik yaşanır.

Aznewstv-nın “Hindustan Times”-ə istinadən verdiyi xəbərə görə, Hindistan ticarət və sənaye naziri Piyuş Qoyal bildirib ki, Ottavanın Yeni Dehli ilə azad ticarətə dair danışıqları dayandırmasından Kanada iqtisadiyyatı zərər çəkəcək.

 

Nazir bu qərardan Hindistan iqtisadiyyatının zərər çəkməyəcəyini vurğulayıb: “Kanada siyasətçilərinin bir sıra əsassız iddiaları var. Bizim geniş bazarımız, imkanlarımız var”.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Ottavanın sentyabrın 18-də Hindistan diplomatlarından birini ölkədən çıxarması ilə gərginləşib. Buna səbəb Kanadada Sikx icmasının liderlərindən birinin öldürülməsidir və hindistanlı diplomat bu olayda Hindistan xüsusi xidmət orqanları ilə əlaqəli olmaqda ittiham olunur. Hindistanın Kanadadakı səfirliyi isə viza verilməsini dayandırıb. Daha sonra Yeni Dehli 21 diplomat istisna ilə, Kanada diplomatlarının diplomatik toxunulmazlığını qaldırılacağını elan edib. Bu, kanadalı diplomatların Hindistanın daxili işlərinə qarışması ilə əlaqələndirilib. Kanada da 41 diplomat və ailə üzvlərinin ölkəyə qayıtdığını elan edib.

Hindistan XİN hesab edir ki, kanadalı siyasətçilər Pəncabda müstəqil Xalistan dövləti yaradılmasına çalışan Sikx icmasına mənsub ekstremistlərə simpatiya bəsləyir.

Related Articles

Bir cavab yazın

Back to top button