Azərbaycanİran

İrana sığınan axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir

İrana sığınan axtarışda olan və İran dəstəyi ilə Azərbaycanda "islam inqilabı" etmək iddiasında olan azərbaycanlılar özlərinə məxsus teleqram kanallarında Qarabağda baş verənləri təhrif olumuş formada yayırlar.

Onlara məxsus teleqram kanalları ermənilərin Kəlbəcər və Laçın bölgələrində təxribatlarını Azərbaycan tərəfinin iddiası adlandırıb, Azərbaycanın cavab zərbələrinin Qarabada deyil, Ermənistan ərazisində həyata keçirildiyini “böyük sual” kimi təqdim ediblər.

“Ermənistanın Gorus, Cermux və Vardenis şəhərləri Azərbaycan ordusunun artilleriya atəşinə məruz qalıb.
Döyüşlər daha çox Qarabağda deyil, hazırda Ermənistanın Sünik vilayəti adlanan Zəngəzur rayonunun ucqarlarında başlayıb. Bu da böyük sual işarəsidir”-deyə, “islam inqilabı” teleqram kanalı yazıb.

Ermənistanın Gorus, Cermux və Vardenis şəhərlərinin Azərbaycan ordusunun artilleriya atəşinə məruz qaldığını iddia edən kanal Azərbaycan ordusunun üç erməni kəndinə də artilleriya zərbələri endirdiyi barədə erməni tərəfinin iddiasını yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button