İqtisadiyyat

İran i̇qti̇sadi̇yyatının mövcud vəzi̇yyəti̇

İran iqtisadının sağlam bir altyapıya sahib olmadığı aydın məsələdir. Özəlliklə son illərdə nəft satışı başda olmaqla, birlikdə xarici ticarətin aşırı dərəcə enməsi qaynaqların azalmasına səbəb olub. Maddi problemlər günlük ehtiyacların əldə olunmasında ciddi müşküllərə səbəb olub. İran özəlliklə Əhmədinejad zamanından ortadoğu başda olmaqla, bir çox xarici ölkədə yuxarı xərci olan nizami işlərlə məşğul olub. Başqa tərəfdən, ölkənin iç iqtisadı siyasi gücün inhisarında olduğu üçün bir rant şəbəkəsinin içində dönüb dolaşır. Misal üçün: İranda ölkə sərvətinin yüzdə 60-ı təkcə Əli Xamneyiyə bağlı 4 sazmanın əlindədir. Buna görə də, məmləkətdə kimin nə qazandığı bəlli deyil. Bu ortamda cumhurbaşqanı Həsən Ruhaninin də açıq dediyinə görə, ölkədə xüsusi bəxş deyilən bir şey yoxdur. Bu sistemin ölkə gəlirlərinin ədalətsiz dağılmasında da ciddi təsiri var.
Bu il İranda nəft qiymətinin enməsi, təhrimlər, habelə koronavirus yayğınlığı ölkə iqtisadı üçün ciddi problemlər yaratdı. Ayrı önəmli bir məsələ isə İran pulunun sürətlə dəyərdən düşməsidir. Bu halda dövlət məsnoi bir rəqabət ortamı oluşdurmaqla milyardlarca tüməni qısa bir zamanda millətin cibindən dövlət xəzanəsinə apara bilir. Dünyada heç bir iqtisadi qaydaya uymayan bir şəkildə burs anidən dəyər qazanır. Rəsanələr və məqamlar bildiriblər ki, ortaya gələn dalğada milyonlarca insan sərmayəsini bursa daşıyıb. Amarlara əsasən, ölkədə 6 milyondan çox aktiv burs istifadəçisi var. Gözlənildiyi kimi, burs alovu çox tez söndü və dəyərlər sürətlə düşməyə başladı. Belə olduqda insanlar bu dəfə də dolar və maşın bazarına üz tutdular. İstəklər artdıqca doğal olaraq bazar yenə qarışdı və neçə gün içində qiymətlər sürətlə yüksəlməyə başladı. Dolar 26 min tüməni ötdü və bütün İran tolidi olan maşınların qiyməti onlarca milyon tümən bahalaşdı. Beləliklə, millətin əlində olan sərmayə türlü bəhanələrlə alınıb dövlətin xəzinəsinə töküldü.

Related Articles

Bir cavab yazın

Back to top button