İran

Milli fəal Həmid Mənafi sürgünə göndərilir

Güney azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi Nadarlının şərti azadlığa buraxılması istəyinə razılıq verilib və onun 2 illik həbs müddətinin başa çatdığı bildirilib. Bu barədə fəalın yaxınları məlumat verib. Bildirilib ki, Həmid Mənafi Nadarlı ordibeheştin 25-də mürəxəsi müddəti bitdiyi üçün Evin zindanına geri qayıdıb. Zindanın məsulları onun şərti azadlığa çıxması ilə bağlı istəyinə müsbət cavab verildiyini, məhkumluq dövrünün başa çatdığını bildiriblər.
Bununla yanaşı, Baharistan şəhərinin Məhkəmə Qərarlarının İcrası İdarəsi Həmid Mənafidən 2 illik sürgün cəzasını çəkməsi üçün Loristan əyalətinin Azna şəhərinə getməyi istəyib.
Bildirək ki, Həmid Mənafi Nadarlı Behnam Şeyxi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 1393-cü ildə Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün saxlanılıblar. Qanunun 499-cu maddəsinə görə, “milli əmniyyətə qarşı qrup və təşkilatlara üzv olmaq”da ittiham edilən fəalların hər biri Tehranın Təcdidenəzər Məhkəməsinin 54 saylı bölməsində 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bildirək ki, Həmid Mənafi Nadarlı 31 tir 1399-cu ildə tutuqlanaraq həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button