Bölgəİran

İran ordusu Türkiyə ilə sərhəddə hərbi təlimə başladı

İran ordusunun Quru Qoşunlarının Urmiyanın Piranşəhr bölgəsindəki 164-cü Səyyar Hücum Briqadasının komandiri deyib: "Piranşəhrin Pesuh bölgəsində döyüş qüvvələrinin iştirakı ilə “Nümunəvi tabor” adlı üç günlük təlim keçirilir.

Polkovnik Həmid Firuzcayi İRNA-ya açıqlamasında deyib: “Hazırkı təlimlər dünən başlayıb və bu briqadanın döyüş gücünü qiymətləndirmək və imkanlarını nümayiş etdirmək üçün bu gün və sabah keçiriləcək. Təlimdə iştirak edən qüvvələr təşkilati döyüş alətlərindən və yüngül, yarı ağır və ağır silahlardan təlimin məqsədlərinə uyğun olaraq istifadə edir, döyüş və müdafiə imkanlarını nümayiş etdirirlər”.

O, əlavə edib: “Həebi təlimdə ərazidə mövcud qüvvələr desant əməliyyatı, gecə hücumu, helikopter döyüşü, rabitə yollarına nəzarət və yüksəkliklərin ələ keçirilməsi kimi əməliyyatları yerinə yetirir.

Related Articles

Bir cavab yazın

Back to top button