Azərbaycan

İlham Əliyev: “Ermənistan yeni reallıqla barışmalıdır”

“Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili durumu ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Özəlliklə də belə həssas məqamda. Ancaq savaşın nəticələri dəyişməz olaraq qalır və qalacaq”.
Azərbaycan Cümhuriyyəti Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfəransında belə deyib. Dövlət başçısı 10 novambr bəyanatının icrası məsələlərinə də toxunub.
“Novambrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır”, – deyə İlham Əliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button