Azərbaycanİran

Təbrizin millət vəkili:”Belə davam etmək olmaz, tətil və etirazlar aksiyaları genişlənəcək”

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan ölkədə iqtisadi durumun acınacaqlı olduğu üçün yeni etiraz, tətil aksiyaları dalğasının başlabacağını deyib.

Məsud Pezeşkiyan hakimiyyətdə olan mühafizəkar qanadı onlardan fərqli düşünənlərə qarşı amanslz davrandıını, müxtəlif böhtan və bəhanələrlə sudurmağa çalışdığını deyib və “monolit” hakimiyyət qurmağa çalışdıqlarını deyib.

“Parlament, məhkəmə sistemi və bir çox başqa qurumları öz bildikləri kimi formalaşdırmağa nail olublar. Ancaq bu belə davam edə bilməz, yeni tətil və aksiyalar formalaşacaq, durumun belə davam etməsi yolverilməzdir”-deyə, millət vəkili xəbərdarlıq edib.

O, hazırda mövcud olan parlamentin formal xarakter daşıdığını və millət vəkillərinin parlamentdə müzakirəyə çıxarılan məsələlərlə bağlı öncədən səslərinin alındığını söyləyib.

Ölkədə iqtisadi durumun getdikcə ağırlaşdığını, vətəndaşların yaşayış problemlərinin artdığını deyən Pezeşkiyan, hazırda bir çox insanların ömür boyu işləmələrinə baxmayaraq qoca vaxtlarında ev yiyəsi ola bilmədiklərini, kirayələrdə qaldıqlarını qeyd edib.

Ölkə iqtisadiyyatı, Universitetləri və mədəniyyətinin islamiləşdirilməsi iddiaları ilə bağlı “sarpuş  saytının sualını cavablandıran Məsud Pezeşkiyan bunun absurd olduğunu deyib.

Nüvə sazişi ilə bağlı məsələlərə toxunan millət vəkili keçmiş hökumət dövründə danışıqlara qarşı çıxanların indi ortada meydandarlıq etdiklərini, yanlış siyasətlərlə vətəndaşların dolanışıq problemlərini dahada çoxaltdıqlarını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button