AzərbaycanDünya

Əli Cahangiri Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrdən danışıb

“Xudafərin mərzini yenidən açmaqla Azərbaycana sadiratı asanlaşdırmağa çalışırıq”. Bu fikirləri Şərqi Azərbaycan ustandarının iqtisadi məsələlər üzrə müavini bildirib. Əli Cahangiri Azərbaycanla iqtisadi ilişkilərin zəif olmasına diqqət çəkib. “Şurəvinin dağılmasından sonra müstəqil Azərbaycanın yaranmasının ilk illərində yaxşı fürsət yaranmışdı. Ancaq biz bundan lazımi qədər istifadə edə bilmədik.

Onlar təxminən 13 milyard dollarlıq varidat edirlər. Bizim sadirat payımız yüzdə 3-dən aşağıdır”,-deyə Cahangiri bildirib. O, keçən il bu rəqəmin 450 milyon dolar olduğunu bildirib. Azərbaycanın 13 milyon dollarlıq varidatının yüzdə 80-ni təmin edə biləcəklərinə diqqət çəkib. İşğal olunmuş torpaqların azad edilməsinin bu rəqəmi artıracağını bildirib.

Qurum rəsmisi yaranan fürsəti dönüş nöqtəsi adlandırıb. Azad edilən ərazilərin yenidən qurulmasında iştirak edərək zəif ilgiləri gəlişdirə biləcəklərini deyib. Qeyd edək ki, Qarabağ savaşı dönəmində İran Ermənistanı nizami sursatla təmin edib və dəstəkləyib. Ancaq savaşda Azərbaycanın qalib gəlməsindən sonra öz mövqeyini dəyişməyə başlayıb.

Bölgədə iqtisadi fürsətlərin yarandığını görən İran Qarbağın yenidən qurulmasında iştirak etməyə çalışır. Hər gün sözügedən məsələlərlə bağlı toplantılar keçirir və tez-tez Azərbaycana nümayəndə timi göndərir.

Related Articles

Bir cavab yazın

Back to top button