Dünya

Amerika və Səudiyyə Ərəbistanı İran rejiminə qarşı mübarizə öhdəliyi götürüb

Amerikanın xarici işlər vəziri oktobrın 14-də ərəbistanlı həmkarı Feysəl bin Fərhan Al Səud ilə görüşüb. Görüş zamanı Mayk Pompeo bildirib: “Heç kimə sirr deyil ki, İranın sabitliyi pozan davranışları Səudiyyə Ərəbistanının əmniyətini təhlükəyə atır. Dünya ticarətini pozur. Ötən ilin payızında İran Səudiyyə Ərəbistanının neft təsisatına ballistik raket zərbələri endirib. Habelə husilər Tehran rejimi tərəfindən onlara verilən raketlər, pəhpadlar və başqa ölümcül teknolojilərdən istifadə edərək Səudiyyə Ərəbistanına ardıcıl hücumlar edir. Bu gün biz İran rejiminin xəbis hərəkətlərinə və bu rejimin bölgənin əmniyəti və rifahına, eləcə də Amerika xalqının əmniyətinə yaratdığı təhlükəyə qarşı mübarizədə birgə öhdəliyimizə sadiqik”. Pompeo Səudiyyə Ərəbistanı Orta Şərqdə Amerika üçün “vacib tərəfdaş” adlandırıb. Bildirib ki, bu danışıqlar yalnız iqtisadi və əmniyət ilgilərinin gəlişdirilməsini yox, iki ölkə arasında bütün həmkarlıq alanlarını da əhatə edir.

Related Articles

Bir cavab yazın

Back to top button