Dünya

Putin Amerikanın İran və Venesuela ilə müqavilə imzalamaq üçün göstərdiyi səyləri tənqid edib

"Aznews tv" xəbər verir ki, Putin martın 10-da kabinet üzvləri ilə videokonfransda Rusiyanın sanksiyaların yaratdığı problemləri sakit bir şəkildə həll edəcəyini bildirib.

Amerikanın İran və Venesuela ilə enerji sazişləri imzalamaq səylərini tənqid edən Rusiya prezidenti Vladimir Putin Moskvanın enerji ixracı müqavilələrinə sadiq qaldığını və Qərbin sanksiyalarını qeyri-qanuni hesab etdiyini deyib.

“Aznews tv”xəbər verir ki, Putin martın 10-da kabinet üzvləri ilə videokonfransda Rusiyanın sanksiyaların yaratdığı problemləri sakit bir şəkildə həll edəcəyini bildirib.

Qərbdə enerji qiymətlərinin artmasının onların öz səhv hesablamalarının nəticəsi olduğunu söyləyən Putin, öz öhdəliklərini yerinə yetirdiyini iddia edərək, hər şeyin çox qəribə göründüyünü qeyd edib.

Putin sonda Amerikanın daha öncə sanksiya etdiyi İran və Venesuela ilə müqavilə bağlamaq üçün göstərdiyi səyləri tənqid edərək əlavə edib: “Onlar İranla sülhü bərqərar etməyə və təcili olaraq bütün sənədləri imzalamağa hazırdırlar”.

Xatırladaq ki, Amerika hökuməti bu yaxınlarda Venesuela ilə danışıqlara başlayıb və ilkin olaraq bu danışıqlarda ciddi irəliləyişin olmaması ilə bağlı xəbərlər yayılsa da, Venesuela hökuməti növbəti günlərdə ölkədə həbsdə olan iki Amerika vətəndaşını azad edib.

Related Articles

Bir cavab yazın

Back to top button