Dünya

Bayden ölkədəki gərginliklə bağlı xalqa müraciət edib

Amerikanın yeni seçilmiş prezidenti Cozef Bayden Kapitoliya binası qarşısında polislə Tramp tərəfdarları arasında baş vermiş qarşıdurma ilə ilgili xalqa müraciət edib. Müraciət onun rəsmi tuiter hesablarından birində yerləşdirilib.
Cozef Bayden Donald Trampdan televizyona çıxmağı və Kapitoliyanın “savaşına” son qoyulmasına çağırış etməyi istəyib.
“Tramp Ana Yasanı difa etmək andını yerinə yetirmək üçün dərhal televizyon qarşısına çıxmalı və tərəfdarlarından Konqrənin yerləşdiyi Kapitoliyanın “savaşına” son qoyulmasını istəməlidir”, – deyə Bayden müraciətində vurğulayıb.
Qeyd edək ki, yeni seçilmiş prezident baş vermiş qarşıdurmanı “qiyam” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button