Azərbaycanİran

Təhlükəsizlik qüvvələri Araz İbrahimnejad və Əli Babayinin evinə və iş yerinə basqın edib

Aznewstv-nin əldə etdiyi bilgilərə görə dünən 30 noyabr saat 11:00-da təhlükəsizlik qüvvələri Təbriz şəhərinin Kəşfiyyat İdarəsində saxlanılan mədəni fəallar Araz İbrahimnejad və Əli Babayinin evinə və iş yerinə basqın edib.

Təbrizdə həbs edilən fəalların yaxınlarının verdiyi bilgilərə görə, Təhlükəsizlik qüvvələri bu fəalların ailə üzvlərini həbs etməklə hədələmək, həbs edilmiş fəalların və onların ailə üzvlərinin şəxsi əşyalarını, o cümlədən SİM kartları, mobil telefonları, bank kartları və bir neçə kitabını müsadirə ediblər.

Daha sonra təhlükəsizlik qüvvələri Araz İbrahimnejad və Əli Babayinin həyat yoldaşlarından zorla bir kağızı imzalamağı istəyiblər. Ancaq onların imzalamaqdan imtina etməsindən sonra hər ikisindən zəngdən sonra Kəşfiyyat İdarəsinə getmələrini istəyiblər.

Əli Babayi və Araz İbrahimnəjad 13 sentyabr 2023-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə götürülüblər.

Azərbaycanlı siyasi məhbuslara və onların ailələrinə qarşı təzyiqlərin artması, məhkəmə icraçılarının və məhkəmə orqanlarının məhkəmədənkənar davranışı bu məhbusların ailələrinin narahatlığını artırıb.
#azərbaycan_xəbərləri #məhbuslar

Related Articles

Bir cavab yazın

Back to top button