İran

İran hakimiyyəti bəlucları sakitləşdirməyə çalışır

Sistan və Bəlucistan əyalətinin polis idarəsinin rəis müavini polkovnik Rəhimi bildirib ki, əyalətin cənubundakı Fənuc şəhərində bu gecə iğtişaşlara səbəb olan dünənki qəza ilə bağlı araşdırma aparılacaq.

Toqquşmalar motosiklet sürən dörd gənc və təhlükəsizlik qüvvələrinin avtomobilinin iştirakı ilə baş verən qəzadan sonra başlayıb. Xəsarət alan bəluclardan biri artıq dünyasını dəyişib.

Rəhimi qeyd edib ki, iğtişaşlar qurbanların yaxınları tərəfindən törədilib. O əlavə edib ki, qəzada təhlükəsizlik qüvvələrinin günahı üzə çıxarsa, həmin şəxslər qanun çərçivəsində cəzalandırılacaqlar (Hizbullah TG kanalı).

Qeyd edək ki, dünən axşam saatlarında kiçik Fənuc şəhəri hökumətə qarşı qiyama qalxmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button