İran

İranda bir fakültənin 70 professorundan 30-u mühacirət edib

IRIB-in xəbərinə görə, bunu Tərbiət Modares Universitetinin keçmiş rəhbəri Səid Semnanian deyib.

“Tehran Universitetinin bir fakültəsində 70 professordan 30-a yaxını mühacirət edib qalanların bir qismi də mühaicrət etməyə çalışır”.

“Bunlar vətənini sevən insanlardır amma yaxşı şəraitləri yoxdur.

20 il bir ölkədə oxuyub müəllimlik edən, ikili vətəndaşlığı olan iranlıya deyirik ki, sən təhlükəlisən, sənə burada dərs deməyə icazə yoxdur”

“Tələbələrimizin kütləvi miqrasiya faciəsi baş verir. Bu gənc mühacirləri günahlandırmaq olarmı?

Biz elə mühit yaratmışıq ki, gənclər qalıb öz ölkəsində işləmək əvəzinə başqa ölkələrə köçüb məskunlaşırlar. Ən savadlı gənclərimiz ölkədən gedur”.

“Təhlükəsizlik qüvvələri ölkənin elmi sistemi üçün yaxşı qərar qəbul edə bilməz. Ona görə də vurğulayıram ki, bizim akademik şəraitimiz yaxşı deyil və müdrik və yetkin qərarlar tələb edir”.

Related Articles

Bir cavab yazın

Back to top button