İran

Güney Azərbaycanda dinc etirazçılara qarşı amansız münasibət

Yayınlanan video və aksiya iştirakçılarının bizə göndərdikləri bilgilərə əsasən, güc qüvvələri təzahüratlarda məşki güllə və gözyaşardıcı qazdan istifadə ediblər. Habelə bir neçə dinc etirazçı fiziki zorakılığa məruz qalıb, onlarla fəal əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb. Tutuqlananlar arasında Meşkindən Vəhid Xavəndi, Siyamək Seyfi, Kazım Səfa Bəxş, Mehdi İbadullahi və Qüdrət Mənafzadeqan da var.
Bildirək ki, Təbrizdə ümumilikdə 40 nəfər tutuqlanıb ki, onların sırasında Murtəza, Müctəba və Məhəmməd Nəqizadə qardaşlarının, eləcə də Mehdi Dostdarın adları qeyd olunub. Zənganda isə Məcid Kərimi, Əkbər Qərəbaği və adları açıqlanmayan 5 nəfər tutuqlanıb.
Ərdəbildə Əli Xeyrcunun, Möhsün İsmaili Müqəddəmin, Meysəm Colaninin, Əhməd Məhəmmədpurun, Yaşar Moradinin, Əli Məalinin, Yunis Moradinin, Meysam Colaninin, Mərziyyə Cavanşirin, Daryuş Niyazinin və Muğanda Peyman Ağayinin tutuqlandığı məlum olub. Urmuda Salar Tahir Əfşarın, Əbolfəzl Əsgərzadənin, Cavad Rizainin, Səhənd Behnəmun və adları açıqlanmayan daha 6 nəfərin tutuqlanması barədə məlumatlar var. Qeyd edək ki, Urmuda saxlanılan Huşəng Nəğizadə, Riza Xəlili və Əmir Gövhəri artıq azad edilib.
Məlumata görə, Urmuda etirazlar başlayarkən bir qadın İmdad Yeqan fərmandehi Gəncəli tərəfindən şiddətli fiziki zorakılığa məruz qalıb. Pakdəştdə əmniyyəti qüvvələr gecə saatları Xanım Zəhra Əslaninin evinə hücum ediblər. Ancaq onun tutuqlanması ilə bağlı hələlik məlumat yoxdur.
Bildirək ki, son dövrlər tutuqlanma halları geniş vüsət aldığından saxlanılan etirazçıların adları ictimaiyyətə açıqlanmır. ANT Televiziyası olaraq dinc etirazlar zamanı tutuqlanan və ya fiziki zorakılığa məruz qalanlarla bağlı məlumatlı şəxslərdən bilgi verməklərini xahiş edirik.

Related Articles

Bir cavab yazın

Back to top button