XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. bu barədə Türkiyə XİN rəhbəri “Twitter“də bildirib.
Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər.
“Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – Çavuşoğlu bildirib.(Apa)