Araşdırma & Təhlil

İranda pandemiyanın yaratdığı böhran

İran höküməti koronavirus böhranından sonra geniş tənqidlərə tuş gəldi. Ölkədə virusun varlığının gizlədilməsi, habelə lazımi tədbirlərin görülməməsi məsələni daha da ciddiləşdirib. Mütəxəssislər isə bildirirlər ki, zatən İran höküməti görə biləcəyi çox da böyük işlərin olmadığını demişdi.
Bəziləri belə hesab edir ki, İranda sağlıq sisteminin uzun illərə dayanan imkansızlığı və millətin hakimiyyətə etimad göstərməməsi bu böhranı qaçılmaz etdi. Hər şeydən öncə isə hökümətin yetərli maddi imkanı yox idi. Dünyanın bir çox yerlərində şəhərlərin qərəntinə alınmasına və millətin evdən çıxmamağa cəhd göstərməsinə baxmayaraq, İran aylarla heç bir ciddi tədbir almadı. Hətta İranda millət Novruz bayramında qonaqlıqlara gedirdi. Beləliklə, hökümət ancaq televizyon mesajlarına məhdud qalırdı. İranda əhalinin məsələni ciddiyə almaması sonda ölü və məriz sayının çoxalmasına gətirib çıxardı.
Qonşu Azərbaycan və Türkiyə Cümhuriyyətlərindən ətraf ərəb ölkələrinə qədər bütün dövlətlər zorunlu mask taxmağı və ağır cəzaları uyğulasa da, İranda mask taxan belə yox idi. Bütün dünyanın təəccübünə səbəb olan bu hal yüzlərcə insanın ölümünə nədən oldu.
İran rəsmən dünyada koronavirusun ikinci dalğasını yaşayan ölkələrdən birinə dönüşdü. Durum o qədər çətinləşdi ki, ölkə məsullarının hamısı tək-tək durumun ağır olmasını etiraf edərək, vəziyətin çox daha betərləşə biləcəyini vurğuladı. Bu arada, uzun bir fasilədən sonra Sağlamlıq vəzirinin böhran müdiriyyəti ilə bağlı fikirləri də İranda əzbər pozan sözlərdən oldu.
İranın Sağlamlıq Vəziri Səid Nəməki günlərcə səssizlikdən sonra, keçən həftə koronavirusla bağlı rəsanələrə danışdı. Səid Nəməki vizarətxanadan olan tənqidlərə şiddətlə qarşı çıxıb, ölkənin maddi imkanlarının azlığından söz açdı. O, “Bütün dünya dərman və virusu düşündüyü zaman biz İranda millətin iqtisadını düşünmək zorunda qaldıq!” – dedi. Habelə, virusun yaratdığı böhranda sağlıq məsələsindən daha çox iqtisadi məsələlərə öncəlik vermək durumunda olduqlarını söylədi.
Səid Nəməki İranın başqa ölkələrlə müqayisədə daha az imkana sahib olduğunu bildirdi.
Sağlamlıq vəziri əmniyyəti qüvvələrdən aldığı raporlara görə, millətin iqtisadi çətinliklərə üsyan edə biləcəyini vurğulayıb. Səid Nəməki bildirib ki, İranda iqtisadi vəziyyətin çətinliyi səbəbindən bir çox insan günlük ehtiyaclarını qarşılamaqda ciddi çətinlik çəkir. Nəticədə İranda üsyan baş verə bilər.
Bununla yanaşı, o, infeksionun təkrar yayılması haqqında bazar və işlərdə tətil olması məsələsinin çətinliklərindən danışıb. Səid Nəməki iqtisadi səbəblər üzündən bazar və iş yerlərinin tam tətil etməsinin mümkün olmadığını deyib. Bunun üçün ayrı bir çarənin tapılmasının önəmini vurğulayıb. Vəzirlik rəsmisi yersiz tənqidlər üzündən danışmaq istəmədiyini də bildirib.
Artıq bu gün heç şübhə yoxdur ki, mask taxmaq virusun yayılmasının ciddi mənada qabağını alır. Bir çox ölkədə mask taxmaq ən azından ictimai yerlərdə icbaridir. Bu məsələyə dövlətlər ciddi nəzarət edirlər. Ancaq İranda zorunlu olmasına rəğmən, hələ də az insan mask qullanır. Sağlamlıq vəzirinin müavini İrəc Hərirçi Tehranda mask qullanımının yüzdə 10-dan yüzdə 50-yə çıxdığını bildirib. Yaxşı sonuc almaq üçün bu amarın yüzdə 80-ə qalxmasının önəmini vurğulayıb. Habelə, İran televizyonunda evdə tikilə biləcək masklar haqqında danışıb. O, insanları ucuz və uyğun maskla təmin edə bilmədikləri üçün utandığını bildirib.
Əli Xamneyi də artıq günlərdir ki, televizyona çıxdığı zaman maskla görüntülənir. O, da öz növbəsində milləti və məsulları mask taxmağa çağırır. Əli Xamneyi bəzi insanların mask taxmamasını tənqid edib, “mən bu durumda həmşirə və doktorlardan utanıram” deyib.
Qeyd edək ki, bir tərəfdən İranda millətin dövlətə etimadsızlığı, dövlətin də ciddiyyətsizliyi, bir tərəfdən isə maskların baha olması koronavirus faciəsinin böyüməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button