Azərbaycan

ABŞ-da “Xocalıya ədalət” aksiyası keçirilib

ABŞ-ın Nyu-York ştatında, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyası çərçivəsində aksiya keçirilib.

İcazəli aksiya Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnlinin təşkilatçılığı ilə baş tutub.

Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Türk icmasının nümayəndələri də aksiyaya qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər.

Nyu-Yorkda yaşayan ermənilər aksiyanın keçirilməsini əngəlləmək üçün təxribatlar törədiblər. Belə ki, nümayəndəlik binasının qarşısı diplomatik avtomobillərlə zəbt edilib. Lakin ermənilərin bütün səyləri uğursuz olub və aksiya insidentsiz ötüşüb.

İki saat davam edən aksiya ərzində həmyerlilərimizin təhlükəsizliyi Nyu-York Polis Departamenti tərəfindən təmin olunub

Related Articles

Bir cavab yazın

Back to top button