az

İranın 306 bölgəsində koronavirusun yayılması böhranlı həddə çatıb

İranın 306 bölgəsində koronavirusla bağlı durum qırmızı həddə çatıb.

İranın 306 bölgəsində koronavirusla bağlı durum qırmızı həddə çatıb. Bu haqda İranın Sağlıq Baxanlığının yaydığı rəngli nəqşədə bilgi verilir. Nəqşədə koronavirusun kəskin yayılmasına görə başqa 110 bölgə narıncı, 22 bölgdə isə sarı rənglə göstərilib. Qırzmızı durumda olan bölgələr içərisində Güney Azərbaycanın Üskü, Kəleybər, Piranşəhr, və Biləsuvar kimi şəhər və bölgələri də var. Bildirək ki, son həftələrdə İranda koronavirusun yayılması sürətlənib və bu mərizlikdən ölənlərin sayında kəskin artım müşahidə edilir. İran hökumətinin virusun idarə edilməsində yarıtmaz siyasəti, ölkənin sağlıq alanının təriflənənin əksinə olaraq səriştəsiz olması, eləcə də İran hökumətinin ölkəyə xarici vaksinlərin İrana gətirilməsini yasaqlaması bugünkü durumun meydana çıxmasına səbəb olub. Hələ də İranda Qərb ürətimi olan koronavirus vaksininin olmaması, yerli “Bərəkət” vaksininin isə virusun qarşısını almaqda təsirsiz olması üzündən İran vətəndaşları vaksin vurdurmaq üçün Ermənistana üz tuturlar və orada acınacaqlı durumda İrəvan küçələrində yatırlar.

Related Articles

Bir cavab yazın

Back to top button