İran

Şərqi Azərbaycana güclü qar yağıb, yollar bağlanıb

Kəskin hava şəraiti ilə ilgili olaraq Şərqi Azərbaycanın kəndlərini birləşdirən yol bağlanıb. Məsələ ilə bağlı Şərqi Azərbaycan yollarında qar təmizlənməsinin həmahəng edilməsində məsul şəxs Qulamriza Rəsulzadə məlumat verib. Bildirilib ki, vilayətin 120 kəndini birləşdirən yol tamamilə bağlanıb. Buna baxmayaraq, vilayətin əsas yollarında durum sabit olaraq qalır. Qulamriza Rəsulzadə bildirib ki, sürüşmənin qarşısının alınması məqsədilə ərazilər qardan təmizlənib və yollara duz tökülüb. Hazırda ustanın əsas və köməkçi yollarında maşın və piyadaların hərəkətində məhdudiyyət yoxdur. Bundan başqa, yollar və otobanlar açıq vəziyyətdədir.
Kənd yollarında hərəkətin bərqrar olması yönündə isə işlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button