Bölgə

İRAQ MƏCLİSİ ÖLKƏNİN BAŞ VƏZİRİNİ SEÇİB

İraq Məclisi Mustafa əl-Kazemini ölkənin baş vəziri seçib.
Millət vəkilləri çərşənbə günü gərgin danışıqlardan sonra baş vəzir Mustafa əl-Kazemiyə və onun önərdiyi hökümətə rəy verib. İraqın əmniyət servisinin rəisi olmuş Mustafa əl-Kazemi dövləti idarə edəcək.
Bu müddətdə müvəqqəti dövləti idarə edən keçmiş baş vəzir Adil Əbdül-Mehdi, keçən il minlərlə insanın dövlət məqamlarının istefasını və ölkədə iqtisadi vəziyyətin yaxşılaşmasını istəyərək hökumət əleyhinə etirazlarından sonra, istefa verib.
Mustafa əl-Kazemi ilə danışan Amerikanın xarici işlər vəziri Mayk Pompeo, onun İraqın baş vəziri olunmasını alqışlayıb. Amerika ölkənin yeni dövlətini himayət etmək hədəfi ilə Bağdadın İrandan bərq varidatı müddətini daha 120 gün uzadıb.
İraq məclisi çərşənbə günü keçirdiyi etimad rəyverməsində Dadqustəri, Əkinçilik və Ticarət vəzirləri postlarına namizədlərin etimad rəyini rədd edib, Xarici işlər və Neft vəzirlərinə rəyverməni isə təxirə salıb.

Related Articles

Bir cavab yazın

Back to top button