Bölgə

İsrail İranın atom proqramı qarşısında fərqli yanaşma istifadə etməyə çağırış edib

İsrailin baş naziri Vyana danışıqlarında fərqli yanaşma sərgilməli və İranın yol verdiyi pozuntuların bədəlini ödəməli olduğunu deyib

İsrailin baş naziri Vyana danışıqlarında fərqli yanaşma sərgilməli və İranın yol verdiyi pozuntuların bədəlini ödəməli olduğunu deyib.

İsrail Baxanlar Kabinetinin həftəlik toplantısında İranın “Fordo” atom təsisatında uranın yüzdə 20 zənginləşdirmə fəaliyyətlərini davam etdirdiyini vurğulayan Naftali Bennet qeyd edib ki, Vyana danışıqlarında iştirak edən dövlətlər İran yetkililərinə daha dəqiq şəkildə bəyan etməlidir ki, Tehran eyni vaxtda həm uranı zənginləşdirə, hə də müzakirələrə qatıla bilməz.

“Biz istəyirik ki, danışıqlar dövründə yaranmış fürsətdən mümkün qədər istifadə edək ki, Amerikadakı dostlarımızı bu durumdan xəbərdar edək. İndi İranın uranymu sürətlə zənginləşdirməyi gəlişdirməsinə qarşısı fərqli yöntəm və yanaşmalardan istifadə etmək üçün yaxşı fürsətdir”, – deyə o artırıb.

O, habelə vurğulayıb ki, İranın hədəfi təhrimlərin ləğv edilməsidir və İran istəyir ki, terrorçuluq və atom proqramı alanında həyəta keçirdiklərini davam etdirsin, bununla da milyardlarla dollar əldə edərək daha da güclənsin.

Related Articles

Bir cavab yazın

Back to top button