Sağlıq & Yaşam

“KORONAVİRUSA QARŞI BİRGƏ MÜBARİZƏ APARMALIYIQ”

Birləşmiş Millətlər Təşkilatının baş dəbiri Dünya Behdaşt Təşkilatının toplantısında çıxışı zamanı koronavirusla mübarizədə dünyada ziddiyyətli yanaşmaları intiqad edib. Antonio Quterreş, Covid-19-la mübarizənin yalnız bütün ölkələrin birgə həmkarlığı ilə idarə edilə biləcəyini vurğulayıb. Koronavirusa qarşı ya birgə mübarizə aparacağıq, ya da məğlub olacağıq”-deyə o vurğulayıb.

Antonio Quterreş, bazar ertəsi Dünya Behdaşt Təşkilatının illik toplantısının başlanğıcında korona virusunu “dövrümüzün ən böyük cağırışı” olaraq qiymətləndirib.

O, beynəlmiləl birliyin ziddiyyətli münasibət göstərməsini sərt şəkildə intiqad edib və problemin yalnız birgə yanaşma ilə həllinin mümkün olduğunu vurğulayıb.

“Müxtəlif ölkələr fərqli və bəzən bir-birinə zidd stratejilər yürüdürlər və bunun əvəzini biz hamımız çox ağır ödəməli oluruq”,-deyə Quterreş videomüraciətdə bildirib.

Baş dəbir, müxtəlif ölkələrin yeni korona virusunun yayılmasına göstərdiyi təpkidən şikayətlənərək deyib ki, bununla bağlı yalnız “çox cüzi razılaşma” var.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close