İran

Su çatdırma tankerləri Xalxal şəhərinin müxtəlif bölgələrinə yerləşdirilib.

Xalxal şəhərində içməli su çatmazlığı və əhalinin suyun təmin olunması istəyinə görə, Xalxal Vilayətinin Şəhər Su və Fazilab İdarəsinin tankerləri şəhərdə su paylamağa başlayıb. Xalxal şəhəri və kənd bölgələrində 1 həftəyə yaxındır içməli su müşkülü ən yüksək həddə çatıb və suyun təmini üçün Xalxal Vilayətinin Fəlakətlərin İdarə etmə İdarəsinin həmkarlığı ilə Şəhər Su və Fazilab İdarəsinin çalışmaları davam edir.
Ərdəbil Əyaləti Xalxal Vilayətinin Şəhər Su və Fazilab İdarəsinin rəisi Sacid Cəfərzadə bu barədə deyib: “yağıntıların az olduğuna, quraqlıq, havanın istiləşməsinə görə Xalxal şəhəri və kənd bölgələrində içməli su məsrəfi neçə qat artıb. Hazırda bütün yerlərdə suyun təmini üçün həmkarlarımızın çalımaları davam edir, amma əhali də həmkarlıq etməlidir. Belə ki, içməli su bağçanın suvarılmasına, həyətin və maşının yuyulmasına sərf olunarsa sair yerlərdə əhali içməyə su tapmayacaq. Ötən gündən onlarla tankerin şəhər və kəndlərdə yerləşməsi ilə səyyar su çatdırma olunub.

Related Articles

Bir cavab yazın

Back to top button