İqtisadiyyat

Azərbaycan yanvar-oktyabr aylarında neft və qazdan gələn gəlirlərini açıqladı

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 23 milyon 790,5 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,5% azdır.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $7 milyard 28 milyon 283,9 min (azalma 41,2%) təşkil edib.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 11 milyard 2 milyon kubmetr (artım 13,2%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 386 milyon 40,19 min (artım 16,4%) təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon 114 min məbləğində 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində 12 milyard 210,2 milyon kubmetr qaz ixrac edib.

Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir, neft ticarəti isə təqribən 20 ölkə ilə aparılır .

Related Articles

Bir cavab yazın

Back to top button