İran

FƏSADLA MÜBARIZƏ, YA SİYASİ RƏQABƏT?

Neçə gündür ki İranda məhkəmə sisteminin yuxarı rütbəli məqamlarının fəsad pərvəndəsi və məhkəməsi gündəmdədir. İranın Məhkəmə Sistemi ya Qəzaiyyə Quvvəsinin əvvəlki rəisi Sadeq Amoli Laricaninin dövranında və ona yaxın neçə adın tutuqlanaraq məhkəməsinin olduğu xəbəri İran xəbərəində bomba kimi partlayıb. Milyardlarla rüşvət və geniş bir fisad şəbəkəsi əvvəlki Məhkəmə Sistemi Rəisinin ən yaxın və yuxarı rütbəli adamları sayılırdılar. Bunların ən bilinən və bu günlərdə məşhur olanı da Sadeq Amoli Laricani və müavini Əkbər Təbəridir.
Əkbər Təbəri, Bijən Qasimnejad və Mənsuri kimi yuxarı rütbəli hakimlər məhkəmə sistemində geniş bir fəsad şəbəkəsi qurmuşdular. Uzun illər sistemin aşağısından yuxarısına qədər sürən bu şəbəkə adı ortaya çıxan milyard dolarlıq iqtisadi fasidləri yuxarı rüşvətlərlə məhkəmədən qurtarırdılar. Beləliklə bir çox orqanizə işlənən mali fisadların meydana gəlməsindən xəbəri olan bu şəbəkə milyonlarca dolar rüşvət alıb fəsadın bir parçası olurdular. Həm də bir ayrı tərəfdən də yuxarı rütbəli siyasi şəxsiyyətlərin iş birliyi ilə meydana gələn fəsadların ortaya çıxmasının qabağını alıb ört basdır edirdilər.
Ancaq bu pərvəndələrdə əsas diqqət çəkən məsələnin biri də Cəvadi Amoli Laricanidən sonra Məhkəmə Sisteminin başına gətirilən İbrahim Rəisinin fəsadla mübarizə jestidir.
Təbəri kimi son dərəcə önəmli və nufuzlu birinin məhkəməyə çəkilməsi və bu dərəcədə yuxarı rütbəli birinin mühakimə edilməsi İbrahim Rəisidən fəsadla mübarizə edən bir karizma ortaya qoyub. Özü ciddi bir siyasi aktor olub, ötən seçimlərdə Cumhurbaşqanı adayı olan Rəisi əlində olan medialar gücünü fəsadla mübarizə məsələsində geniş bir propaqanda aparır. İbrahim Rəisinin fəsadla mübarizə etmək üçün əlində hər bir güc varı idi.
Pərvəndə açıldıqca və İslam Cumhuriyyəti məsələyə açıqlıq gətirdikcə görünür ki bir çox bu fasid hakimlər İslam Cumhuriyyətinin ideolojilərinin icra edilməsində fərqli deyilmişlər.
İstər iqtisadi pərvəndələr olsun, istərsə siyasilərdə bütün tərəflərin hər zaman hədəf aldığı müstəqil çalışanlar olub. Özəlliklə Təbəri misalında görünür ki bir çox jurnalistə ağır ittihamlar vurmaqla əslində göz dağı verməyə çalışıblar.
Həqiqətləri görüb millətə bildirmək istəyən jurnalistlərin səsi boğulub, ağır bir şəkildə cəzalandırırlar. Məsələlərin şəffaf bir şəkildə millətin gözü qabağında olmaması nə fisadın bitməsinə, nə də millətin hakimiyyətə olan etimadını qazandıra bilir. Elə ona görə də bir neçə gün sosial mediada həyəcanla olanlar paylaşılsa da, sürətlə unudulur və millətlə baş başa qalan yenə heç bitmək bilməyən fəlakətlər olur.

Related Articles

Bir cavab yazın

Back to top button