İran

İranlı sürücülərə viza verilişi dayandırıldı

İranın Daşıma və Logistika Federasiyası idarə heyətinin sədri Avropa ölkələrinin iranlı sürücülərə viza vermədiyini bildirib.

Əli Mahmudi Saraya istinadən, viza verilmədiyinə görə İran treylerləri fəaliyyətdən düşüb və Türkiyə treylerləri onların yerini tutub.

Sürücülərə viza verilişinin dayandırılması Almaniya və İtaliyanın təşəbbüsü ilə başlayıb.

Mahmudi, həmçinin bildirib ki, ancaq əvvəlcə viza almış sürücülər fəaliyyət göstərə biləcəklər. Lakin onların viza vaxtı bitdikdə artıq yükdaşıma ilə məşğul ola bilməyəcəklər.

Mahmudi əlavə edib ki, sanksiyalar səbəbindən İranın treylerlərinə yaşıl sığortanın verilməsi də dayandırılıb.

Bu sanksiyalar qara bazarın yaranmasına səbəb olub və Bolqarıstan sərhədində dəllalar və vasitəçilər tərəfindən adi sığorta 3 qat qiymətə tərtib olunur.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button