Sağlıq & Yaşam

Oxford universiteti hazırladığı peyvəndlərin təsirli olduğunu açıqlayıb

Oksford Danişqahının hazırladığı koronavirus vaksəninin yüzdə 70 təsirli olduğu bildirilib. Məsələ ilə bağlı Oksford Danişqahı və “AstraZeneka” Dərman Düzəltmə Şirkəti açıqlama yayıb. Belə ki, bu vaksinlərin saxlanma şərtlərinin çox sadə olduğu bildirilib.
“AstraZeneka” Şirkəti azərin 3-ü bir bəyaniyyə yayaraq vaksənlərin təsirli olduğunu bəyan edib. Məlumata görə, sınaqlarda şirkət etmiş insanların heç birində ciddi bir əvariz görünməyib və yatırılmalarına ehtiyac olmayıb. Bu koronavirus vaksənləri 20 min nəfərin üzərində sınaqdan keçirilib. Həmin şəxslərdən 131 nəfəri virusa yoluxub. Rəsmi bəyaniyyəyə əsasən, bu vaksən müxtəlif dozlarda istifadə olunarsa, təsiri yüzdə 90-a yüksələ bilər.
“AstraZeneka”nın müdiri Paskal Suryot da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dünya üzrə bütün şəxslər həmin vaksənlərlə təmin olunacaqlar. Şirkət habelə bildirib ki, vaksəndən 3 milyard dozunun düzəldilməsi üzrə bərnamə tezliklə icra ediləcək və həmin sayda vaksən 2021-ci ildə istifadəyə hazır olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button