İran

Cavad Zərif: “Əli Xamenei ermənilərin yaxşı yaşamasını istəyir”

“Əli Xamenei bölgədəki ermənilərin həyat şəraitinin yaxşılaşdırılmasını, onların rahat yaşamasını istəyir”. Bunu İran Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif Ermənistanın baş vəziri Nikol Paşinyanla görüşündə deyib. Cavad Zərif Tehran hakimiyyətinin Ermənistanla ikitərəfli ilgilərinə diqqət çəkib. O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi dəyərləndirib. Görüşdə iki ölkə arasındakı əlqələrin gələcək yönləri ilə ilgili fikir mübadiləsi aparılıb. Məhəmməd Cavad Zərif habelə Ermənistanla sıx dostluq ilgilərindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, İran hakimiyyəti 30 ildir işğalçı Ermənistana istər siyasi, iqtisadi, istərsə də nizami sahələrdə dəstək göstərib. Güney Azərbaycanda da Qarabağın azad edilməsinə dəstək mitinqlərinin yatırılmasına çabalar Tehran rejiminin irəli sürdüyü siyasətin başlıca stratejisidir.

Related Articles

Bir cavab yazın

Back to top button