Sağlıq & Yaşam

Qəzvində koronavirus qırmızı xətti keçib

Qəzvin Tibb Elmləri danişgahının rəisi, “təəssüf ki, son aylarda görülən bütün tədbirlərə baxmayaraq, koronavirus mərizliyinin bütün qırmızı xəttləri keçdiyini və ustanda durumun kəskinləşdiyinin şahidi oluruq”, – deyə bildirib.
Peyman Namdarın sözlərinə görə, ixtarlara baxmayaraq, bəzi vətəndaşlar sağlıq qaydalarına məhəl qoymurlar. “Ötən tətillərdə ustandan qırağa səfər etdikləri üçün bu gün Qəzvinə virusun ağır mərhələsi daxil olub. Bu mərizliyin yayılması ilə eyni vaxtda görülən bütün tədbirlərə baxmayaraq, təəssüf ki, insanlar tədricən bu məsələyə bir qədər laqeyd olublar. Belə ki, ölkə və ustan üzrə son ustanlararası səfərlərin artması da bunu göstərib”, – deyə o, əlavə edib.
Namdar ustan üzrə koronavirusa tutulma təşxisi ilə 317 nəfərin mərizxanaya yerləşdirilməsinə işarə edib. “Qəzvin sakinlərinə sağlıq qaydalarına ciddi və hərtərəfli əməl etməklə, kütləvi toplaşmamaq və heç bir halda maskdan istifadəni unutmamaları tövsiyə olunur”, – deyə əlavə edib.
Qeyd edək ki, son bir həftədə Qəzvində koronavirusa ən çox tutulanların evdar xanımlar olduğunu qeyd edilir. Buna səbəb evdar xanımların alış-veriş mərkəzlərinə tez-tez getməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button