Azərbaycanİran

Xələf Xələfov İrana gedir

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam Tehrana səfər edəcək.

Bu barədə “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksəkrütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək.

Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.

Related Articles

Bir cavab yazın

Back to top button