İran

İrandan Pakistan ərazisinə hücum: 1 əsgər öldürüldü

Pakistan İran ərazisindən edilən silahlı hücum nəticəsində bir əsgərinin həyatını itirdiyini açıqladı.

Pakistan ordusunun yaydığı açıqlamada, olayın Bəluçistan əyalətinin İran sərhədindəki Çukab bölgəsində baş verdiyi bildirilib.

Açıqlamada, Pakistan ordusuna bağlı sınır birliklərinin hədəf alındığı və odlu silahlardan açılan atəş nəticəsində bir əsgərin öldürüldüyü qeyd olunub.

Məlumata görə, Pakistan ordusunun cavab verməsi ilə atəş nöqtələri susdurulub. Pakistan hadisədən sonra, İrana etiraz edərək rəsmi Tehrandan izahat tələb edib.

Hücumu heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, iki ölkə arasındakı 800 kilometrlik sınır xətti dağlıq və çöllük bölgələrdən ibarətdir.

Related Articles

Bir cavab yazın

Back to top button